XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 13:46

 Füzulidə ara qarışdı;Qiymət artımı camaatı ayağa qaldırdı, icra başçısı ilə danışmaqdan imtina edildi

fizuli-aksiyaFüzuli rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində dünəndən qiymət artımına etiraz başlayıb.

Strateq.az xəbər verir ki, bu barədə mia.az-a rayon sakinləri məlumat veriblər.

Məlumata görə, narazılar Horadiz-Bakı qatarının qarşısını kəsib. Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər. Hazırda isə 500 nəfərdən artıq sakin ərazidəki sərhəd zastavasının qarşısına yığılıblar.

Əraziyə Sərhəd Qoşunlarının əsgərlərinin cəlb olunduğu bildirilir.