XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

20 İyun 2018 - 23:52

Trampın xanımı məxfi xidmətə şikayət etdi –Təhdidlərlə bağlı

ABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar məxfi xidmətə müraciət edib.

Bu barədə “The Daily Caller” nəşri məlumat yayıb.

Qeyd olunur ki, aktyor Piter Fondanın Tvitter səhifəsində “Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik”, qeydindən sonra Tramp ailəsi güc strukturlarına müraciə edib.

Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.

Məxfi xidmət müraciəti araşdırmaq üçün hərəkətə keçib/Teleqraf.com.