XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2018 - 21:05

DÇ-2018: Mbappe qol atdı, Fransa 1/8-ə çıxdı –Peru isə mərhələ şansını itirdi

Dünya çempionatının C qrupunda ikinci turun oyunlarına bu gün yekun vurulub.

Strateq.az xəbər verir ki, Fransa yığması Peru milliləri ilə “Yekaterinburq Arena” stadionunda qarşılaşıb.

Oyunda  34-cü dəqiqədə Kilian Mbappenin vurduğu yeganə qol Fransa millilərini 1/8-ə çıxarıb.

Hər iki qarşılaşmada 1 xal belə qazana bilməyən Peru milliləri isə növbəti mərhələyə çıxma şanslarını itiriblər.

Onu da qeyd edək ki, bu qrupun bu gün keçirilən digər oyununda Danimarka Avstraliya milliləri ilə qarşılaşıb və oyun 1-1 hesabı ilə başa çatıb.

Bu oyunlardan sonra qrupda Fransa 6, Danimarka 4, Avstraliya 1, Peru isə xalsızdır.