XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 22:46

ABŞ-dan Türkiyəyə böyük jest –Vaşinqton Ankaraya 2 ədəd beşinci nəsil qırıcı verdi

Bu gün ABŞ-ın Texas ştatında Amerika istehsalı olan 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarə Türkiyə nümayəndə heyətində təhvil verilib.

APA-nın xəbərinə görə, Fort Uert şəhərində təşkil olunmuş təntənəli mərasimdə istehsalçı “Lockheed Martin” şirkətinin nümayəndələri və yüksək rütbəli türkiyəli hərbçilər iştirak edib.

Məlumata görə, təyyarələr daha sonra türk pilotlarının təlim keçəcəyi ABŞ Hərbi-Hava Qüvvələrinin Arizona ştatındakı “Lyuk” aviabazasına göndəriləcək.

Proqrama əsasən, ABŞ Türkiyəyə 100-dən çox “F-35” təyyarəsi tədarük edəcək.

Qeyd edək ki, ABŞ rəsmiləri bundan əvvəl Türkiyənin Rusiya istehsalı olan “S-400” raket-zenit kompleksi və “Su-57” tipli qırıcı təyyarələr əldə etmək planına görə Ankaranın “F-35” qırıcı təyyarə layihəsində iştirakını təhlükə altına qoyduğunu bəyan etmişdi.