Dünya çempionatında bu gün D qrupunda Messili Argentina yığması Xorvatiya ilə üz-üzə gəlib.
Strateq.az bildirir ki, oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.
İkinci hissədə isə Xorvatiya hesabı açıb. Ante Rebiç 53-cü dəqiqədə qola imza atıb.
83-cü dəqiqədə isə Modriç ikinci qolu Argentinanın qapısındna vurub.
Oyunun son dəqiqəsində isə Messinin “Barselona”da komanda yoldaşı olan Rakitiç 3-cü qolu Argentinanın qapısından keçirib – 0:3
Onu da qeyd edək ki, oyunu meydandan Argentinanın canlı əfsanəsi Maradona da izləyib. Ölkəsinin məğlubiyyəti Maradonanı göz yaşlarına boğub…