XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 11:28

Gömrükdə kadr dəyişikliyi – Vəzifəsi kiçildilən general kimdir?

guloqlan-1Dövlət Gömrük Komitəsində kadr dəyişikliklərinə başlanıb.

Strateq.az azvision.az-a istinadən xəbər verir ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G.Muradlınının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabrında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi.

Xatırladaq ki, vəzifəsi kiçildilən general Güloğlan Muradlı 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1992-ci ildən Dövlət Gömrük Komitəsinin Kontrabanda ilə Mübarizə İdarəsində Təhqiqatın təşkili şöbəsinin baş inspektoru kimi fəaliyyətə başlayıb.

1997-1998-ci illərdə Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsi rəisinin I müavini olub, 1998-ci ildən isə həmin Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2007-ci il tarixli 1916 nömrəli Sərəncamı gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib, 28 yanvar 2015-ci il tarixli 1009 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Strateq.az