XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

22 İyun 2018 - 13:08

Ərdoğan 10 nazir postunu ixtisar edəcəyini açıqladı

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan bildirib ki, bazar günü seçkilərdə qalib gəlsə, nazirlərin sayını 16-ya endirəcək, hökumətin qərar vermə sürətini artıracaq. Strateq.az-ın azadlıq.org-a istinadən verdiyi xəbərə görə, prezident bunu iyunun 21-də ATV telekanalına müsahibəsində deyib.

“Mən baş nazir olanda hökumətdə 37 nazir var idi, biz onların sayını 26-a endirdik, indi 16-a salacağıq”. Ərdoğan deyib ki, iqtisadiyyatla məşğul olan nazirliklərin sayı 6-dan 3-ə endiriləcək. “Yeni sistemlə biz bürokratiyanı azaldacağıq. Qərarlar daha tez veriləcək, bütün xidmətlər real nəticəyə hesablanacaq”.

Ərdogan deyib ki, nazirlərdən başqa, sosial, sağlamlıq və xarici siyasətlə bağlı doqquz siyasi kollegiya yaradılacaq və onlar prezidentə birbaşa hesabat verəcəklər.

İyunun 24-də Türkiyədə prezident və parlament seçkisi keçiriləcək.