XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 İyun 2018 - 15:17

Nazir İnam Kərimov:“Pambıqçıların  zəhərlənmələri ilə bağlı araşdırma Prezidentin nəzarətindədir”

 

“Pambıq tarlalarında baş vermiş zəhərlənmələr narahatedici hadisədir. Bu, məsələnin araşdırması prezident İlham Əliyevin birbaşa nəzarətindədir”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir: “Pambıqçılıq sahəsi kimyəvi maddələrin tətbiqini zəruri edir. Amma burada əsas məsələ təhlükəsizlik və tətbiq qaydalarına ciddi riayət etməkdir. Bu öhdəlikləri məhz fermerlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”.