XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 10:37

Tehran general-qubernatorunun müavini vəzifəsindən azad edilib

iran-seud-1Səudiyyə Ərəbistanı səfirliyinə hücumla əlaqədar Tehran general-qubernatorunun müavini vəzifəsindən azad edilib. Bununla yanaşı İran Daxili İşlər Nazirliyi Tehrandakı səfirliyə və Məşəddəki konsulluğa hucumları da pisləyib.

Xatırladaq ki,  yanvarın 3-də Səudiyyə Ərəbistanında şiə alimi Nimr ən Nimirin edam olunmasına etiraz edən yürüş iştirakçıları bu ölkənin Tehrandakı səfirliyi və Məşəddəki konsulluğa hücüm etmişdilər. Bundan sonra Səudiyyə Ərəbistanı və bir neçə ölkə İranla diplomatik əlaqələri kəsmək qərarı verdi.

Tehranın general-qubernatorunun vəzifədən azad olunmasını şərh edən DİN təmsilçisi Hüeyn Əli Əmiri bildirib ki, general qubernatorun müavini Səfər Əli Baratlı öz vəzifələrini yerinə yetirməyib. Buna görə Daxili İşlər nazirinin qərarı ilə işdən çıxarılıb.

Əmiri, həmçinin qeyd edib ki, müvafiq qurumlar bu cür halların baş verməməsi üçün zəruri tədbilər görüməliydilər.

İran.ru məlumat verir ki, diplomatik nümayəndiliklərə hucumlarla bağlı  60 nəfər saxlanılıb. 

Strateq.az