XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 İyun 2018 - 18:06

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək –Həmsədrlərlə bir araya gələcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

“Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək”. (Trend)