XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2018 - 18:16

Baş nazir yanında pambıqçılıqla bağlı müşavirə keçirilib –Novruz Məmmədov tapşırıqlar verib

 

Bu gün baş nazir Novruz Məmmədovun yanında pambıqçılıq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş  müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə prezident İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən  tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq  tapşırıqlar verib.