XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 09:22

Etibar Pirverdiyevin tələbə yoldaşı işdən çıxarıldı

“Azərişıq”da struktur dəyişikliyi olub. Qurumun Sumqayıt regional idarəsi ləğv edilib. Əvəzində 7 rayonu əhatə edən yeni təchizat idarəsi yaradılıb.

Strateq.az publika.az-a istinadən xəbər verir ki, bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib:

“Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib. Həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb. Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını bu idarə həyata keçirəcək”.

Strateq.az-ın xəbərinə görə, ləğv olunan “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Saleh Məmmədli “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin tələbə yoldaşı və ən yaxın dostlarındandır. Onun tezliklə işdən çıxarılacağı haqda isə Strateq.az bir neçə gün əvvəl xəbər vermişdi. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: