XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

22 İyun 2018 - 22:35

Nazirin müşaviri, xidmət və şöbə rəisləri… –Sahil Babayev Səlim Müslümovun yaxın qohumlarını vəzifələrdən çıxardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra ciddi kadr dəyişiklikləri edib. 

Nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın MüslümovDSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov vəzifələrindən azad olunublar.

Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb: “Onun yerinə isə Elman Cəfərov gətirilib”.

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir/Mia.az.