XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 00:02

DÇ-2018:Kross son saniyədə möhtəşəm qolla Almaniyanı xilas etdi

Rusiyada keçirilən dünya çempionatında günün əsas matçında Almaniya və İsveç üz-üzə gəlib.

Strateq.az xəbər verir ki, Almaniyaya mütləq qələbə lazım olduğu oyunda İsveç matçın 32-ci dəqiqəsində Tolvonenin qolu ilə hesabı açıb: 1-0.

Almaniya matçın 48-ci dəqiqəsində Roysun qolu ilə hesabı bərabərləşdirib: 1-1.

Oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə isə Toni Kross almanları xilas edən möhtəşəm qola imza atıb – 2:1.

Beləliklə, 3 xalını qazanan Almaniya millisi Meksikanın (6 xal) ardınca 2-ci yerdə qərarlaşıb. Son turda isə almanlar Cənubi Koreya ilə qarşılaşmada qələbə qazanacağı təqdirdə, digər oyunun nəticəsindən aslı olmayaraq, 1/8-ə çıxacaq.