XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 10:52

Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib –40 xüsusi texnikası, 35 zirehli avtomobili, vertolyotlar və dronlar...

Türkiyənin paytaxtı Ankara şəhərində bu gün keçiriləcək prezident və parlament seçkilərində ictimai asayişi 16 min polis əməkdaşı qoruyacaq.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. Ankara üç seçki dairəsinin ərazisinə bölünüb. Seçicilər 11392 seçki məntəqəsində səs verəcəklər.

Paytaxtda təhlükəsizlik tədbirlərinə həmçinin polisin 40 xüsusi texnikası, 35 zirehli avtomobili, vertolyotlar və dronlar cəlb edilib.

Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində 56 milyon 322 min 632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrində 180065 seçki qutusu qoyulub.

Türkiyənin xaricində yaşayan ölkə vətəndaşları iyunun 7-dən 19-dək keçirilən səsvermələrdə səs veriblər. Ölkənin sərhədlərindən xaricdə qeydiyyata alınan seçicilər həmçinin bu gün Türkiyə sərhədindən kənardakı nəzarət buraxılış məntəqələrində saat 17-dək səs verə bilərlər/Report.