XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 12:33

Binəli Yıldırımdan İzmirdə ilk seçki mesajı:"Nəticələri Ankarada Ərdoğanla birlikdə izləyəcəyik"

Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün ölkəsində keçirilən prezident və parlament seçkilərində iştirak edib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, İzmirdə anasının adına açılmış Karabağlar Bahar Yıldırım məktəbindəki seçki məntəqəsində səsini verib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən Baş nazir deyib ki, vətəndaşlıq vəzifəsini həyata keçirib: “Ölkəmiz və millətimiz üçün xeyirli olsun. Bu seçkidə həm prezidentimizi, həm də deputatlarımızı seçirik. Yeni sistemdə Türkiyənin hədəfləri yeni üfüqlərə sabitlik və təhlükəsiz irəliləməyə şərait yaradacaq”.

Yıldırım deyib ki, gözəl seçki atmosferi var, insanlar axın-axın seçkiyə gəlir: “Bu gün Ankaraya dönəcəm, seçkinin nəticələrini prezident Ərdoğanla birlikdə izləyəcəyəm”.

Binəli Yıldırım 33 həftə əvvəl terrorçular tərəfindən qaçırılmış ENKA şirkətinin 3 mühəndisinin də artıq xilas edildiyini bəyan edib.

Strateq.az