Türkiyənin Baş naziri Binəli Yıldırım səsvermə prosesində iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Baş nazirin jurnalistlərdən birinin “Cənab Baş nazir, vəzifənizi təhvil verə bilməyəcəksiniz, sonuncu Baş nazirimizsiniz” sözlərinə zarafatla verdiyi cavabı ətrafdakıların gülüşünə səbəb olub.
“Kürsü əlimizdə qaldı, hərraca çıxaracağıq”, – Yıldırım bildirib/Axar.az.