XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 İyun 2018 - 18:12

Türkiyədə səsvermə bitdi, bütün məntəqələr bağlandı –Kim qalib gələcək?

Türkiyədə bu gün səhər saat 8-dən başlayan növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Strateq.az xəbər verir ki, Bakı vaxtı ilə 18.00-da bütün məntəqələrdə səsvermə dayandırılıb və səslərin sayılmasına başlanılıb.

Xatırladaq ki, prezident seçkisində əsas mübarizənin hazırkı prezident Ərdoğanla CHP-nin namizədi Muharrəm İncənin arasında gedəcəyi gözlənilir.

Qeyd edək ki, prezidentliyə digər əsas namizədlər “İYİ”nin qurucusu Maral Akşener, “Səadət”in lideri Temel Karamollaoğlu, Doğu Perinçek və HDP-nin həbsdə olan hımsədri Dəmirtaşdır.

Parlament seçkisində gəldikdə isə əsas mübarizənin AKP-MHP-nin yaratdığı “Cumhur” ittifaqı ilə CHP-İYİ-Səadət partiyalarının qurduğu “Millət” blokunun arasında gedəcəyi şəksizdir.