Dünya Çempionatı çərçivəsində “Nijniy Novqorod” stadionunda bu gün İngiltərə və Panama yığmaları qarşılaşıb.
Strateq.az bildirir ki, Tunisi 2-1 məğlub edən ingilislər Belçikaya 3-0 uduzmuş Panama millilərini qol yağışına tutublar.
Belə ki, oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxardı – 1-0.
Bu qoldan 12 dəqiqə sonra Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurdu – 2-0.
36-cı dəqiqədə Linqard, 40-cı dəqiqədə isə Stones daha bir qol ataraq hesabı 4-0-a çatdırıblar.
Bu qoldan 4 dəqiqə sonra isə Misirli hakim Panamanın qapısına daha bir penalti təyin edib. Keyn penaltini dəqiq yerinə yetirib – 5-0
İlk hissə bu hesabla başa çatıb.
62-ci dəqiqədə Keyn daha bir qola imza atıb – 6-0
Bu qoldan sonra baş məşqçi onu əvəzləyib.
77-ci dəqiqədə Panama bu qollardan birinin əvəzini çıxıb – 6:1
Oyun bu hesabla başa çatıb.
Bu qələbə sayəsində xalını 6-ya çatdıran İngiltərə 1/8-ə çıxıb. Panama isə Tunis kimi xalsız olmaqla yanaşı, bütün şansını itirib.