XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 19:09

Müharrem İncə tərəfdarlarına səsləndi:""Anadolu"ya inanmayın, qutuların başında qalın, əsla qorxmayın"

CHP-nin prezidentliyı namizədi Muharrem İncə səsvermə bitdikdən dərhal sonra Türkiyə Yüksək Seçim Kurulunun (YSK) qarşısına gələrək, tərəfdarlarına səslənib.

Strateq.az xəbər verir ki, o,YSK qarşısından tərəfdarlarına  xüsusi çağırış edib: “Seçki qutularına sahib çıxın. Bütün müşahidəçilərimizdən, tərəfdarlarımızdan bunu çox xahiş edirəm. Bu seçkini “Anadolu” agentliyi deyil, millət müəyyən edəcək. Nə edirlərsə, etsinlər, biz qazanacağıq, buna şübhəm yoxdur”.

CHP namizədi bildirib ki, “Anadolu” bu dəfə də “ənənə”sinə sadiq qalıb, Ərdoğanın ən çox səs qazanacağı dairələrdən başlayaraq, nəticələri yaymağa başlayacaq: “Bununla xalqı aldatmağa, həvəsdən salmağa çalışacaqlar. Bu “nömrə”ni yenidən işə salacaqlaq. Ancaq siz buna aldanmayın, qutuların başından qəti çəkilməyin. Səslər sayıldıqdan və imzalı protokolları aldıqdan sonra YSK önünə toplanın. Bu protokolları almadan oranı tərk etməyin. Biz millətin haqqını qorumaq üçün burdayıq”.

İncə vəkillərə də müraciət edib: “Siz də hazır olun, sizə də çox böyük işlər düşə bilər. Heç nədən qorxmayın. Qorxuları üstünüzdən atın”.