XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 10:37

İranla Azərbaycan müştərək müdafiə Komissiyası yaradır

pakayin.jpg

Yaxın gələcəkdə İran-Azərbaycan arasında müştərək müdafiə komissiyası yaradılacaq”

Strateq.az bildirir ki, hərbiyönümlü “AzeriDefence” jurnalının məlumatına görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsen Pakayin mətbuat konfransında deyib.

Səfir bildirib ki, komissiyaya müdafiə nazirləri rəhbərlik edəcək: “Komissiya müdafiə sahəsində tərəfləri narahat edən və vacib bilinən məsələlər müzakirə ediləcək”.

O deyib ki, İranın müdafiə naziri Hüseyn Dehqanın ötən gün Azərbaycana etdiyi səfər zamanı müzakirə edilən məsələlərdən biri də regional təhlükəsizlik olub: “Müzakirələrdə İŞİD, Əl-Qaidə və digər regionu narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, İran-Azərbaycan və bizimlə həmfikir olan ölkələrlə dini radikalizmə qarşı birgə tədbirlər görülsün”.

Səfir əlavə edib ki, birgə Müdafiə Komissiyasının fəaliyyət istiqamətlərinin detalları hələ tam müəyyənləşməyib.