XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 14:24

 Valyutadəyişmə məntəqələri rəsmən bağlandı – Mərkəzi Bankdan xəbərdarlıq

valyutaAzərbaycanda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri bağlanıb.

Strateq.az xəbər verir ki, bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri verib.

Bu gün onlara lisenziyaların ləğv edildiyini və fəaliyyətlərini dayandırmaları tələb olunub.

Hazırda 28 May küçəsində yerləşən “exchange”lər işləmir. Bütün valyuta dəyişmə məntəqələri bağlıdır.

“Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm “Azadlıq”dadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı “exchange”lər yaradır”-  deyə, Amil Mürvətov adlı şəxs bildirir.

Hazırda bütün “exchange”lər bağlıdır.