XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

26 İyun 2018 - 09:41

Ukraynanın XİN rəhbərindən rəsmi Moskvaya ağır ittiham:"Rusiya bilərəkdən terrorçuluğu maliyyələşdirir"

Rusiya bilərəkdən terrorçuluğu maliyyələşdirir və Donbasda saxlanılan ukraynalılara işgəncə verir.

RİA “Novosti”  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin diplomatik korpus nümayəndələri üçün keçirilən “Rusiyanın cinayətləri” adlı brifinqdə deyib.

Nazir əlavə edib ki, Kiyev Rusiyanın dünyada təcavüzkar ölkə kimi tanınması üçün əlindən gələni edir.

“Bunun arxasında kimin durduğunu, həmçinin Rusiyanın işgəncələrdə iştirak edən və bunu qəsdən tətbiq edən terrorçuluğu və buna qatılan insanları şüurlu şəkildə maliyyələşdirən ölkə kimi məsuliyyətini göstərmək çox vacibdir”, – deyə o, bildirib/Report.