XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

26 İyun 2018 - 13:10

Türkiyə mətbuatı hərbi paraddan yazdı:"Türk raketləri artıq Azərbaycan ordusunun arsenalına daxil edilib”

Türkiyə mediası Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar paytaxt Bakıda keçirilmiş hərbi paraddan yazıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin nüfuzlu qurumları paradda ilk dəfə nümayiş olunan müasir texnika və silahlara xüsusi diqqət ayırıblar:

“İlk dəfə olaraq Türkiyə müdafiə sənayesində (“ROKETSAN”) şirkəti) istehsal olunmuş “SOM-B1” raket kompleksləri Bakıdakı paradda nümayiş etdirildi. Türk raketləri artıq Azərbaycan ordusunun arsenalına daxil edilib”.

Türkiyə KİV qeyd edir ki, paradda ilk dəfə Azərbaycanın ABŞ-dan aldığı “Bell 412” helikopterləri, Belarus istehsalı “POLONEZ” zenit-raket kompleksləri, İsrail istehsalı “Lora” uzaqmənzilli raket sistemləri, yenə İsrail istehsalı “Heron TP” və “Hermes 450” Pilotsuz Uçan Aparatları (PUA) nümayişə çıxarılıb.