XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 11:40

Qabil Hüseynli sözlərinin təhrif olunduğunu deyir – “…fikir mənə məxsus deyil”

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu verdiyi son müsahibədə politoloq Qabil Hüseynli ilə bağlı bəzi fikirlər səsləndirib. Sabiq dövlət müşaviri isə Azvision.az saytına verdiyi açıqlamada həmin məqamlara aydınlıq gətirib. Strateq.az-la əlaqə saxlayan Qabil Hüseynli bildirdi ki, sözügedən sayt onun fikirlərini təhrif edib: “Məqalənin başlığını belə qoyublar – “Eldar Sabiroğlu guya iqtidara sadiq olub?” Mətni oxudum, məndən müsahibə götürən jurnalistin heç öz yazdıqlarının içində bu fikiri tapa bilmədim. Məsələyə bir qədər professional yanaşmaq lazımdır. Kimə hansı başlıq sərf edirsə, onu qoymaq olmaz. Bu, birmənalı şəkildə jurnalist obyektivliyi ilə ziddiyyət təşkil edir. Bir sözlə, saytın başlığa çıxardığı fikir mənə məxsus deyil”.

qabil.jpg

M.ƏLİ

Strateq.az