XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyun 2018 - 15:42

Ermənilərin təşəbbüsü yenə uğursuz oldu –İsrail parlamenti qondarma "soyqırm" layihəsini rədd etdi

“İsrailin müdafiə naziri, Azərbaycanın böyük dostu Aviqdor Libermanın səyləri nəticəsində “Merets” parlament fraksiyasının “erməni soyqırımı”nın tanınması haqqında məsələnin İsrail parlamentinin gündəliyinə növbəti dəfə daxil etmək cəhdinin qarşısı alınıb”. Virtualaz.org-a bu barədə Knessetdəki mənbələr bildirib.

Dünən, iyunun 25-də “Merets” partiyası “soyqırımı”nın tanınması haqqında qanun layihəsinin müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin parlament çoxluğunun və Azərbaycanın dostlarının təzyiqi altında təşəbbüs bu dəfə də təşəbbüs olaraq qalıb. Xatırladaq ki, az öncə İsrail-Türkiyə qarşıdurması növbəti dəfə alovlanan zaman Knessetin bir sıra deputatları bu qanun layihəsinin qəbul edilməsinə çağırmışdılar. Lakin o zaman da İsrailin xarici siyasətindəki Azərbaycan amili güclü çıxmışdı və təşəbbüs dövlətin siyasi elitasında müsbət qarşılanmamışdı.

Məşhur israilli politoloq Arye Qut sözügedən yeni təşəbbüs barədə məlumatı təsdiqləyib. “Günorta saatlarında məlum oldu ki, Knesset bu məsələni müzakirə etməyəcək. Bu işdə Azərbaycanın dostlarının böyük əməyi var. İarail Azərbaycanla strateji münasibətlərə öncül əhəmiyyət verir”, – A.Qut deyib. Bədnam qanun layihəsinin Knessetin gündəliyinə salınması cəhdi barədə İsrailin aparıcı qəzetlərindən olan “Maariv” də yazıb.