XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 İyun 2018 - 18:28

Ermənistan Bakıda keçiriləcək QDİƏT baş katibi seçkilərində iştirak etməyəcək –Açıqlama

Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi seçkilərində iştirak etməyəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə görüşən parlamentin QDİƏT-dəki nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan bildirib.

Buna səbəb seçkilərin Azərbaycanda keçirilməsi göstərilib.

“Biz bildirmişdik ki, seçkiləri Bakıda keçirməklə Təşkilat Ermənistanı iştirakdan məhrum edəcək. Amma qərar qəbul olunub və seçkilər gələn ilin ortalarında Bakıda keçiriləcək” – Q.Minasyan deyib.

Xatırladaq ki, iyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclası çərçivəsində təşkilata sədrlik Azərbaycana keçəcək və müvafiq olaraq, QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda baş tutacaq.

Əlavə edək ki, iyunun 27-də Azərbaycanı Şuranın Yerevanda keçiriləcək iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.