XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 İyun 2018 - 22:27

ABŞ Gürcüstan və Ukraynaya yeni silahlar göndərir:"Qadağanı aradan qaldırdıq"

Rusiya aqressiyasından müdafiə olunmaq məqsədilə ABŞ Gürcüstan və Ukraynaya silah tədarükünü artırır.

Bu sözləri ABŞ Dövlət katibinin müavini Uess Mitçel deyib.

“Biz müdafiə olunmaq məqsədilə zəruri hərbi texnikalar göndəririk. Keçmiş administrasiyanın Ukrayna və Gürcüstana silah qadağasını aradan qaldırdıq və hər iki ölkəyə yardımları davam etdiririk”, – Mitçel bildirib.

ABŞ rəsmisi onu da əlavə edib ki, Vaşinqton Ukraynanın islahatlar yoluna davam etməsi üçün səylərini əsirgəmir/Axar.az.