XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 00:04

DÇ-2018: Argentina əzmli oyunu ilə 1/8-ə çıxdı –Nigeriya və İslandiya evinə döndü

Bu gün Dünya Çempionatının D qrupunda sonuncu turun oyunları keçirilib.

Strateq.az xəbər verir ki, qrupda 3 xalı olan Nigeriya bir xalı olan Argentina ilə,  bir xalı olan İslandiya isə 6 xalla qrup lideri olan Xorvatiya ilə qarşılaşıb.

Bu qrupda Xorvatiya növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün digər 3 yığma komanda üçün oyunlar son dərəcə vacib olub.

Beləliklə, mütləq qələbə qazanmağa məcbur olan Argentina ilk dəqiqədən hücuma atılıb. Və artıq 15-ci dəqiqədə Messi gözəl qolu ilə hesabı açıb – 1-0.

Ancaq “Çelsi”də çıxış edən Nigeriyanın qolçusu Mozes 51-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib: 1-1.

Bərabərlik ancaq Nigeriyanın işinə yaradığından Argentina qalan dəqiqələrdə təzyiqi artırıb. Nəhayət, Roxo Argentinaya həyat verən qolu 86-cı dəqiqə vurub – 2-1.

Oyun bu hesabla başa çatıb və Argentina 4 xalla ikinci pilləyə yüksələrək, növbəti mərhələyə adını yazdırıb.

Xorvatiya isə İslandiya 2-1 qalib gəlib.

Belə ki, matçın 52-ci dəqiqəsində Badelin hesabı açıb: 1-0.

İslandiya Siqurdsonun penaltidən vurduğu qolla hesabı bərabərləşdirib: 1-1.

Xorvatiya matçın 90-cı dəqiqəsində qələbə qolunu vurub – 2-1.