XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2018 - 10:57

ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfər –Dövlət katibinin müavini Bakıda görüşlər keçirəcək

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Azərbaycana gələcək.Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

Məlumata görə, A.Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq. O, Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Sabah Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Səfər çərçivəsində ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşərək Azərbaycanın Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına davamlı dəstəyinə görə təşəkkür edəcəyi bildirilir. Xanım Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək. (APA)