XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 İyun 2018 - 12:04

Paşinyan erməni ordusunun Naxçıvanda mövqelərini itirdiyini təsdiqlədi:"Ön xətdə Azərbaycan qoşunlarının cəmləşməsi müşahidə olunur…”

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” istifadəçilərindən birinin sualına cavab verərkən bildirib ki, Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib. İyunun 26-da birbaşa efir zamanı baş nazir sosial şəbəkədə istifadəçilərin suallarına cavab verirdi.

Strateq.az-ın azadlıq.org-a istinadən verdiyi məlumata görə, istifadəçilərdən biri – Samvel Zaxalyan yazırdı ki, Paşinyan Naxçıvan sərhədində baş vermiş hadisələri hələ də şərh etməyib. Zaxalyan yazırdı ki, “Azərbaycan Areni kəndi istiqamətində əhəmiyyətli məsafədə irəlilədiyini və mühüm yüksəkliyi ələ keçirərək öz mövqelərini ciddi şəkildə yaxşılaşdırdığını iddia edir”.

Paşinyan bu suala cavab olaraq bildirib ki, “Azərbaycanın hazırda malik olduğu ərazilər həmişə onun nəzarətində olub və buna görə də Ermənistan tərəfinin hər hansı ərazi itirdiyini iddia etmək absurddur”.

Bununla belə Paşinyan etiraf edib ki, mövqelərin müəyyən dəyişməsi baş verib.

Bunun ardınca Paşinyan yazıb: “Azərbaycanın Yerevan-Laçın şosesinin nişangah altına götürülməsi barədə bəyanatına gəlincə, bilməyənlər üçün deyim ki, bu yol 1992-1993-cü illərdən bəri nişangah altındadlr və bu yola nəzarət məsələsində qətiyyən dəyişiklik baş verməyib. Naxçıvan istiqamətində mövqelərin müəyyən dəyişməsi baş verib, lakin bizim hər hansı ərazilərimizin itirilməsi barədə iddialar sadəcə olaraq absurddur”.

Baş nazir deyib ki, “Azərbaycan müxtəlif istiqamətlərdə mövqelərini dəyişdirib, lakin taktiki və hərbi planda Naxçıvan istiqamətində əhəmiyyətli dəyişikik baş verməyib”.

Paşinyan bildirib: “Siz ərazinin bir güllə də atılmadan itirilməsini necə təsəvvür edirdiniz? Bu mümkündür, yoxsa mümkün deyil? Azərbaycan bir çox istiqamətlərdə mövqelərini dəyişdirib. Mən indi bu məsələyə toxunmaq istəmirəm ki, biz öz mövqelərimizi dəyişmişik, yoxsa yox. Yalnız bunu demək istəyirəm ki, taktiki və hərbi planda Naxçıvan istiqamətində hər hansı əhəmiyyətli dəyişiklik baş verməyib. Əslində burada vəziyyət bir neçə ay bundan əvvəl olduğu kimidir”.

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı hazırkı vəziyyəti də şərh edib.

İstifadəçilər baş nazirin Qarabağdakı vəziyyətin “misli görünməmiş şəkildə” gərgin olması barədə fikirlərə münasibət bildirməsini istəyiblər.

Paşinyan buna cavab olaraq yazıb: “Bu müddət ərzində açılan atəşlərin sayı misilsiz şəkildə az olub. Bəzi hallarda bu atəşlərin sayı 2000-ci illərdəki səviyyəyə çatıb. Mənim baş nazir seçilməyimdən bu yana atəşkəs rejiminin misilsiz şəkildə az pozulduğunun şahidi olmuşuq. Təəssüf ki, buna baxmayaraq itkilərimiz olub. Ön xətdə Azərbaycan qoşunlarının müəyyən cəmləşməsi müşahidə olunur…”.

Bunun ardınca Paşinyan bildirib: “Əgər vəziyyətin misilsizliyi barəsində danışsaq, xeyr, vəziyyət misilsiz deyil. Əgər vəziyyət misilsizdirsə yalnız nisbi sakitlik mənasında son illərdə misilsiz hesab oluna bilər”. Bununla belə Paşinyan vurğulayıb ki, istənilən anda müharibəyə hazır olmaq lazımdır:

“Mən baş nazir seçiləndən sonra silahlı qüvvələrə əmrim bu olub ki, onlar bir an da sayıqlığını itirməsinlər…Necə də olsa, münaqişə çözülməyib, biz faktiki olaraq yarımüharibə vəziyyətindəyik və bu vəziyyət hər an dəyişə bilər. Lakin bu o demək deyildir ki, biz özümüzün normal həyat fəaliyyətimizdən qalmalıyıq…Biz qoşunlarımızın döyüş hazırlığı üzərində işləyirik. Çox mühümdür ki, biz sui-istifadələrin qarşısını alaq, əsgər payının qorunmasını təmin edək, xidmətin çəkilməsi üçün maksimum rahat şərait yaradaq”. Ermənistanın baş naziri deyib ki, erməni tərəfi müdafiəyə hazırdır, lakin müharibə başlamağı düşünmür:

“Davakar ritorikadan Azərbaycan istifadə edir. Amma mən ümid edirəm, Azərbaycan rəhbərliyi sonunda başa düşəcək ki, Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beləki hərbi toqquşma qaçılmaz nəticələrə gətirib çıxaracaq. Əgər Azərbaycanda kimsə bu nəticələrin onlara toxunmayacağını düşünürsə, fikrimcə, heç bir tərəfi belə sınağa çəkməyə dəyməz”.

“Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada “nokauta” salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir”.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır.

“Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, – deyə Müdafiə Nazirliyindən bildirilib.