XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

27 İyun 2018 - 14:07

Siqaretlərə tətbiq edilən verginin artırılması ilə bağlı dəyişikliklər təsdiq edildi- Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1186-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat (bundan əvvəl 4 manat) aksiz dərəcəsi tətbiq ediləcək.

Digər dəyişikliyə uyğun olaraq, siqarlar, ucları kəsilən siqarlar və siqarillalara isə (nazik siqarlar) 1000 ədədinə 20 manat (bundan əvvəl 10 manat) vergi tətbiq olunacaq.