XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 14:34

Bakı sədrliyi Yerevandan aldı –Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan rəhbərlik edəcək

Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Azərbaycana keçib. Sədrlik bu gün Yerevanda baş tutan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib.

Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

(oxu.az)