XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 15:14

MHP liderindən sərt qərar –"Ərdoğanı və AKP-ni biz xilas etdik" deyən müavinini qovdu

MHP lideri Dövlət Baxçalı  müavinini mətbuata verdiyi açıqlamaya görə vəzifədən azad edib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, qərar sədr müavini Sefer Aycanın “Ərdoğanı və AKP-ni biz  qutardıq” açıqlamasından dərhal sonra verilib.

Xatırladaq ki, Sefer Aycan mətbuata açıqlama verərək deyib ki, bundan sonra hər zaman gözlər 49 vəkilin üzərində olacaq: “Bundan sonra parlamentdəki siyasəti MHP həyata keçirəcək. Biz nə desək, o olacaq. Dövlət Baxçalı həm Rəcəb Tayyib Ərdoğanı, həm Ədalət və İnkişaf Partiyasını, həm də dövləti xilas etdi”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 17.00-da Ərdoğan MHP liderinin beştıpədəki iqamətgahında qıbul edəcək. Görüşdə iki partiyanın gələcək siyasi yol xəritəsinin müəyyən ediləcəyi deyilir.