XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2018 - 10:35

“İran millisinin göstərdiyi cəsarəti İran xalqı küçələrdə göstərməlidir” –Netanyahu

 

“İstərdim ki, futbol üzrə İsrail yığması Tehranda İran millisi ilə oynasın”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib.

“Bilirsiniz Kriştianu Ronaldonu dayandırmaq necə çətindir? Mən bir zamanlar futbol oynayırdım və deyə bilərəm, bu, demək olar ki, qeyri-mümkündür. Amma İran yığması mümkün olmayanı bacardı”,– deyə İsrailin baş naziri bildirib.

Çıxışında o, siyasi məqamlara da toxunaraq, bildirib ki, İran millisi meydanda göstərdiyi cəsarətini İran xalqı küçələrdə də göstərməlidir ki, hökumət Yaxın Şərq regionunda lazımsız müharibələrə pul ayırmasın/Report.