Vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı edilən dəyişiklikləri şərh edib.
AZƏRTAC xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, “Azərbaycanda fəaliyyət göstərən 660 mindən çox vergi ödəyicisinin əlavə dəyər vergi ödəyicisi olanlarının sayı o qədər də çox deyil. Buna baxmayaraq biz vergi ödəyicilərinin iş şəraitini təmin etmək üçün belə bir təklif irəli sürdük ki, ictimai iaşə sahəsində və ticarətdə çalışan sahibkarlar sadələşdirilmiş vergi ödəyiciləri ola bilərlər”.
Nazir müavini qeyd edib ki, keçən il məbləğ 120 min manat səviyyəsində idi. Məcəlləyə dəyişikliklər olunandan sonra bu il yanvarin 1-dən məbləğ 200 min manata qaldırılıb. Hətta dövriyyə 200 min manatı aşsa belə, həmin şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.
Strateq.az