XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2018 - 16:00

Yunanıstanın Baş naziri:"Ərdoğanın nə edəcəyini qabaqcadan bilmək mümkün deyil"

“Ərdoğan dünya siyəsətində güclü, son dərəcə təcrübəli, bir çox hallarda nə edəcəyi qabaqcadan bilinməyən siyasət adamıdır”.

Bu sözləri Yunanıstanın Baş naziri Aleksis Çipras “Blumberq”in Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə sualını cavablandırarkən deyib.

“Biz Türkiyə barədə siz ingilislərdən fərqli yanaşırıq. Biz Fransa və İrlandiya ilə qonşu olmaq şansına sahib deyilik. Türkiyə ilə sərhədimiz var. Qabaqcadan bilinməyəcək bir çox hallarla qarşı-qarşıya qalırıq. Mən problemlərin həlli üçün dialoq qurulması naminə həmişə xoş məram nümayiş etdirirəm. Körpülər qurmağa çalışıram. Danışıb həll etməyimiz lazım olan vacib məsələlər var. Fərqliliklərə baxmayaraq, Ərdoğanla aramızda açıq bir əlaqə kanalının olması müsbət bir məqamdır”, – Çipras bildirib/Axar.az.