XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2018 - 16:42

Ermənilərdən daha bir təxribat –Ağdamın işğal altında olan ərazilərinə od vurdular

Ermənilər Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.

APA-nın xəbərinə görə, yanğın neytral ərazini keçərək cəbhəyanı kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.

Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.