XƏBƏR LENTİ

27 Fevral 2021
26 Fevral 2021

Digər Xəbərlər

28 İyun 2018 - 18:28

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının geyim forması təsdiqləndi –Fərman

Prezidentİlham Əliyev bu gün fərman imzalayıb.

Strateq.az bildirir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilib.

Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici Kəşfiyyat Xidməti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.