XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 19:13

Tbilisi məhkəməsi Saakaşvili haqda həbs qərarı verdi –Deputatın döyülməsinə görə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində 6 il müddətinə qiyabi həbs cəzası çıxarıb. 

Gürcüstan KİV-ləri xəbər verir ki, o, 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsinə dair cinayət işində təqsirli bilinir.

İstintaq müəyyənləşdirib ki, 2005-ci ilin iyununda “Rezonansi” qəzetində “Valeri Gelaşvili öz evini Saakaşviliyə verəcək” başlıqlı məqalə dərc edildikdən sonra M.Saakaşvili o vaxtkı daxili işlər naziri Vano Merabişviliyə V.Gelaşvilini döyməyi tapşırıb.

Bildirilib ki, M.Saakaşvilinin tapşırığı 2005-ci il iyulun 14-də həyata keçirilib/Report.