XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 17:24

ABŞ-dan İstanbul terroruna sərt təpki,Türkiyəyə dəstək

john-kirby-670-2ABŞ-dan İstanbulda baş verən terrora sərt təpki gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi hücumu qınadıqlarını bildirib: «Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirik. ABŞ terror təhdidinə qarşı NATO-dakı müttəfiqi və İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvü Türkiyə ilə birgə fəaliyyətini davam etdirəcək».

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Ned Prays isə hadisəni çirkin hücum adlandırıb: «İstanbulun mərkəzində türkləri və turistləri hədəf alan bu çirkin hücumu qınayırıq. Vaşinqton bundan sonra da İŞİD-ə qarşı beynəlxalq koalisiya və NATO üzvü olan Türkiyənin yanında olacaq, terrora qarşı əməliyyatlarda Ankaraya dəstəyini davam etdirəcək».