XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2018 - 14:17

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzatdı –Brüssel sammitində razılaşma əldə olundu

Avropa Birliyi liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatmaq qərarına gəliblər. 

Qeyd edək ki, bu sanksiyalar 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki hərbi münaqişəyə görə tətbiq edilib. Azadlıq” radiosunun yaydığı məlumata görə, razılaşma Avropa Birliyinin iyunun 29-da Brüsseldə keçirilən sammiti çərçivəsində əldə olunub.

2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən savaşda 10 mindən çox adam ölüb. Qərb Moskvanı rusiyapərəst separatçıları dəstəkləməkdə günühlandırır. Moskva ittihamı rədd edir. Həmçinin ABŞ eyni məsələyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Liderlər həmçinin Rusiyanı, 2014-cü ildə Ukraynanın şərqində, Donbas üzərində “Boinq” sərnişin təyyarəsinin vurulmasına görə cavabdehliyi etiraf etməyə, habelə həqiqətin tam üzə çıxması və cavabdehlərin cəzalandırılması üçün əməkdaşlıq etməyə çağırıblar.

Xatırladaq ki, sərnişin təyyarəsinin vurulması nəticəsində 200-dən çox adam ölüb. Rəsmi araşdırma göstərir ki, təyyarə Rusiya istehsalı olan “Buk” raket sistemi ilə vurulub. Moskva bu ittihamı da rədd edir.