XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 14:19

Spiker Oqtay Əsədov tıxacdan danışdı:“Sulutəpədə yaşayıram,  gedib-gələndə əziyyət çəkirəm”  

 

Milli Məclisin bu gün keçirilən iclasında paytaxtda yollarda görülən işlərdən danışılıb.

Deputat Fəzail Ağamalı Naxçıvan Muxtar Respublikasında yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirərək Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib.

Deputata cavab olaraq spiker Oqtay Əsədov deyib ki, yollarla bağlı heç bir problem yoxdur: “Nə olub ki, Bakının yollarına? Yollarımız çox yaxşı inşa edilir. Düzdür, mən də Sulutəpədə yaşayıram və gedib-gələndə əziyyət çəkirəm. Problem yolun kənarında tikilən evlərlə bağlıdır. Yolun genişləndirilməsi üçün, gərək, o evlər orda olmasın. İndi bu sahədə iş gedir”. (APA)