“Artıq Avropa Şurası başa düşür ki, Səməd Seyidovla bağlı səhv edib”. Bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib. (modern.az)
E.İbrahimov qeyd edib ki, Səməd Seyidov öz savadı və təcrübəsilə Avropa Şurasında təmsil olunan bütün ölkələrin qrup rəhbərlərindən yüksəkdə dayanan adamdır.
“Səməd Seyidov vitse-prezident kimi də çalışıb, çox savadlı və təcrübəli diplomatdır. Buna görə də Səməd Seyidovun Avropa Şurasında böyük nüfuzu var. Mən Avropa Şurasında elə bir adam tanımıram ki, Səməd Seyidovdan savadlı və qabiliyyətli olsun. Sadəcə olaraq bir müddət öncə Avropa Şurası Azərbaycana təzyiq etmək üçün Səməd Seyidova qarşı məlum addımları atdı. Ancaq bu özünü doğrultmadı. Haqq-ədalət öz yerini tapdı”.
Komitə sədri qeyd edib ki, Azərbaycana qarşı bu cür təzyiqlər heç zaman özünü doğrultmayacaq.