XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 June 2018 - 19:57

DÇ-2018: Fransa milliləri 11 dəqiqəyə 3 qol atdı, Argentina mundialla vidalaşdı –1/8 finalda 7 qol vuruldu

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 finalına Fransa-Argentina oyunu ilə start verilib.

Strateq.az bildirir ki, 13-cü dəqiqədə Qrizman penaltidən Fransanın ilk qoluna imza atıb – 1-0.

Bu qolun əvəzini Argentina 41-ci dəqiqədə Di Mariyanın qolu ilə çıxa bilib – 1-1.

Oyunun ikinci hissəsinə daha inamlı başlayan Argentina milliləri 48-ci dəqiqədə Merkadonun qolu ilə önə çıxıblar – 1-2.

Lakin bu qoldan sonra Fransa milliləri özlərini toparlayıblar.

57-ci dəqiqədə Pavard, 64 və 68-ci dəqiqələrdə isə Mbappe 2 qol vurmaqla hesabı 4-2-yə çatdırıblar.

Oyunun əsas vaxtına əlavə olunmuş 4 dəqiqənin 2-ci dəqiqəsində Aquero bu qollardan birinin əvəzini çıxıb – 4-3.

Lakin Messinin kapitanlıq etdiyi Argentina milliləri qalan 2 dəqiqə ərzində bərabarliyi təmin edə bilməyərək, DÇ-2018-lə vidalaşıb. Fransa 1/4-ə finala çıxıb.