Bu gün DÇ-2018-in 1/8 final mərhələsində Fransa-Argentina qarşılaşmasından sonra meydana Uruqvay və Portuqaliya milliləri çıxıb.
Strateq.az bildirir ki, oyunda Uruqvayın ulduzu Kavani 7-ci dəqiqə Suarezin gözəl ötürməsini gözəl qolla qapıdan keçirib – 1-0.
Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissənin 54-cü dəqiqəsində isə “Beşiktaş”ın müdafiəçisi Pepe Portuqaliyanın bərabərlik qoluna imza atıb – 1-1.
Bu qoldan 7 dəqiqə sonra yenə də Kavani ustalığını göstərib. O, 61-ci dəqiqədə möhtəşəm zərbə ilə Uruqvayı yenidən önə çıxarıb – 2-1.
Hakimin oyuna əlavə etdiyi 4 dəqiqədə də hesab dəyişməyib. 90+3-də isə hakimə etiraz edən Ronaldo sarı kartla cəzalandırılıb. Bununla da o, millinin növbəti oyununda çıxış etmə hüququnu da itrib.
Beləliklə, oyun 2-1 Uruqvayın xeyrinə başa çatıb.
Bununla da 1/4-ə çıxan Uruqvay Fransa millilərinə rəqib olub.