XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 00:32

Suriyada Rusiya ilə müxaliflər razılaşa bilmədi:"Rusların irəli sürdüyü şərtlər təhqiredicidir..."

Suriyanın müxalif ordusu ilə Rusiya heyətinin Derada atəşkəs şərtlərini danışmaq məqsədi ilə keçirdikləri görüş uğursuzluqla nəticələnib.

Bu barədə məlumatı “Anadolu” agentliyinə açıqlamasında Mərkəzi Əməliyyatlar Palatasının sözçüsü İbrahim Cəbbavi deyib. O bildirib ki, rusların irəli sürdüyü şərtlər təhqiredicidir və buna görə razılıq əldə olunmayıb:

“Suriyanın şimalını bütövlüklə Əsəd rejiminə təslim etməyimizi istədilər. Azad Suriya Ordusundan əlindəki bütün ağır və yüngül silahların təslim edilməsi tələb olundu. Bundan sonra razılığın əldə ediləcəyi bildirildi. Həmçinin həbs siyahısında olanların məhkəməyə çıxarılması şərti irəli sürüldü”/Axar.az