XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 10:37

Washington Post:"Şimali Koreya nüvə arsenalından tam əl çəkmək istəmir"

ABŞ-ın xüsusi xidmət orqanları hesab edirlər ki, KXDR özünün nüvə arsenalından tam əl çəkməyə hazırlaşmır və bir sıra silah və qurğuların mövcudluğunu ört-basdır etmək üçün yollar axtarır.

Azərtac xəbər verir ki, bu barədə Washington Post qəzeti ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsindəki mənbələrə istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, Şimali Koreya məmurları döyüş başlıqlarının, raketlərin miqdarını, həmçinin nüvə qurğularının növ və sayını necə gizlətmək barədə düşünürlər.

Bir qədər əvvəl NBC telekanalı xəbər vermişdi ki, Amerika xüsusi xidmətlərinin fikrincə, KXDR-in hakimiyyət orqanları məxfi nüvə obyektlərində, o cümlədən nüvə raketləri üçün yanacaq istehsalı üzərində işləməkdə davam edirlər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçirilmiş tarixi görüşdə Koreya yarımadasının tam nüvəsizləşdirilməsi barədə razılaşma əldə olunub.