XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2018 - 20:49

DÇ-2018: Rusiya – İspaniya qarşılaşmasının qalibi penaltilərlə müəyyənləşdi –İspaniya yığması məğlub oldu

Bu gün Rusiyada keçirilən dünya çempionatının 1/8 final mərhələsində Rusiya ilə İspaniya yığmaları qarşılaşıb.

Strateq.az bildirir ki, Moskvanın “Lujniki” stadionunda baş tutan oyunun 12-ci dəqiqəsində İqnaşeviçin avtoqolu ilə İspaniya hesabı açıb – 1:0

Ruslar isə 41-ci dəqiqədə Pikenin topa əllə toxunmasından sonra penalti qazanıblar və Artem Dzyüba penaltini dəqiq yerinə yetirib – 1:1

Oyunun ikinci hissəsində də bu hesab dəyişmədiyindən hakim oyunun əsas vaxtına  30 dəqiqə əlavə edib.

Bu vaxt ərzində də hesab dəyişməyib və qalib penaltilərlə müəyyən edilib. Beləliklə, aşağıdakı oyunçular penalti zərbəsi yerinə yetiriblər:

  1. İnyesta – 1:0
  1. Smolov  – 1:1
  1. Pike – 2:1
  1. İqnaşeviç – 2:2
  1. Kokenin zərbəsini Akenfeyev dəf edir – 2:2
  1. Qolovin – 2:3
  1. Ramos – 3:3
  1. Çereşev – 3:4
  1. Asbasın da zərbəsini qapıçı qaytarıb.

Və beləliklə, Rusiya penaltilərlə birgə ümumi hesabda 5:4 hesabı ilə qalib gələrək, 1/4-ə adını yazdırıb.