Fransanın paytaxtı Parisin cənubunda yerləşən həbsxanadan çəza çəkən məşhur nafiya lideri Redoine Feyd 4-cü dəfə qaçmağı bacarıb.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, Feydin budəfəki qaçışı isə film kimi olub.
O, həbsxanadan helikopterlə qaçırılıb. Belə ki, ağır silahlarla silahlanmış 3 dostu helikopterlə həbsxananın baxçasına enərək, məqsədlərini reallaşdırıblar.
Hazırda Fransa polisi mafiya liderini axtarmaqla yanaşı, qaçışın detallarını araşdırırlar.
Xatırladaq ki, Fransanın ən çox qorxduğu mafiya lideri adlandırılan 46 yaşlı Redoine Feyd 2013-cü ildə həbs edilib. O, bir polisin öldürülməsinə səbəb olan soyğunçuluq hadisənə görə tutulub və məhkəmənin hökmü ilə 25 il həbslə cəzalandırılıb. Elə həmin il o, həbsxananın 5 dəmir qapısını dinamitlərlə partladaraq qaçmaq istəyib. Lakin o vaxt 4 nəfər girovla qaçma cəhdinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.
Feyd bundan sonra da 2 dəfə qaçmağa çalışıb. Lakin hər dəfə onun planının qarşısı alınıb. Lakin bu dəfə, yəni 4-cü dəfə isə məşhur mafiya liderinin qaçmasının qarşısını almaq mümkün olmayıb.
Onu da qeyd edək ki, Feyd 2010-cu ildə öz həyatından bəhs edən və Fransada məşhur olan “Basqınçı” kitabının da müəllifidir.